Jurnal haqqında

         Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Texnologiya Universiteti bu gün respublikamızda iqtisadiyyatın mühüm sahələri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlığı işində önəmli rol oynayır.

         Azərbaycan Texnologiya Universiteti ölkənin bütün strateji sahələrində texnologiyaların inkişafına təkan verən proqressiv mənəvi və fiziki sağlam kadrlar yetişdirmək, müəssisələrin müştərilərinə yüksək keyfiyyətli məhsul təqdim etməsinə, onlara yüksək keyfiyyətli xidmət göstərməsinə imkan verəcək mütəxəssilər hazırlamaq missiyasını qarşısına prioritet vəzifə kimi qoymuşdur. Hazırda universitetin məzunları Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda öz peşəkarlığı və fəal vətandaşlıq mövqeləri ilə universiteti şərəflə təmin edir.

         Bu gün universitetdə müasir maddi – texniki baza yaradılmış, səmərəli pedaqoji və elmi işlər aparan professor – müəllim heyəti formalaşmışdır. Onların arasında əməkdar elm xadimi, əməkdar müəllim, əməkdar mühəndis, əməkdar ixtiraçı və əməkdar rəssam kimi fəxri adları olan müəllimlər vardır. Universitetdə fəaliyyət göstərən elmi – tədqiqat laboratoriyaları tədris prosesinin və elmi – tədqiqat işlərinin səmərərliliyinin artırılması önəmli rol oynayır.

         Hazırda ATU–nun beynəlxalq təhsil məkanına inteqrasiyası da sürətlə inkişaf edir. Belə ki, artıq Türkiyə, Gürcüstan, Rusiya və Şərqi Avropanın bir sıra universitetləri ilə qarşılıqlı əməkdaşlıq memorandumları imzalanmışdır. Bu memorandumlar tələbə və professor-müəllim heyətinin mübadiləsini, universitetlər arası ortaq elmi-tədqiq ilşərinin aparılmasını, birgə layihələrin icrasını və s. nəzərdə tutur. Əməkdaşlığın davam etdirildiyi xarici ali təhsil ocaqları arasında Yıldız Texniki Universiteti, Beynəlxalq Qara Dəniz Universiteti, Tbilisi Açıq Təhsil Universiteti, Samara Texniki Universiteti, Novqorod Dövlət Texniki Universiteti və başqaları var. Hazırda ATU Erasmus və Mövlanə kimi bir sıra beynəlxalq mübadilə proqramlarında da iştirak edir.

         Hazırda ATU-da Təhsil Nazirliyinin dəstəyi ilə Müştəriyə Yönəlmə Proqramının tətbiqinə başlanıb. Proqramın məqsədi universitetin məhsulları olan tələbə, tədqiqat işləri, ixtira və xidmətləri istehsalat və sənaye müəssisələrinin tələblərinə uyğun inkişaf etdirməkdir. Universitetin profilinə uyğun olaraq müəyyən edilmiş 6 sənaye istiqaməti üzrə regionda və ölkədə fəaliyyət göstərən müəssisələrlə faydalı əməkdaşlıq münasibətləri qurulmuşdur.

         Azərbaycan Texnologiya Universitetinin dövri nəşr olunan “Elmi xəbərlər məcmuəsi” Azərbaycan Respublikası Təhsil Nazirinin 1096 saylı 30.11.2000 – ci il tarixli əmrilə təsdiq edilmiş və ilk sayı 2004 – cü ildə nəşr olunmuşdur. Lakin məcmuənin nəşr olunmasında müəyyən çətinliklər yaranmış və fəaliyyəti qismən dayanmışdır. Azərbaycan Texnologiya Universitetinin təsis etdiyi “Elmi xəbərlər məcmuəsi” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əmri ilə....qeydiyyatdan keçmişdir.

         Məcmuənin təsis edilməsində əsas məqsəd nailiyyətlərimizi daha da genişləndirmək, ölkənin sosial – iqtisadi inkişafında elmi – tədqiqat işlərinin artan rolunu və əldə edilmiş nəticələri ölkə və beynəlxalq elmi ictimayyətin diqqətinə çatdırmaqdan ibarətdir.

ƏLAQƏYƏ KEÇ

BİZİ İZLƏ